9 İyul 2023 00:59
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münaqişə zamanı Ukraynanın NATO-ya qəbulu mümkün deyil.

Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, bunu Latviyanın Almaniyadakı səfiri Alda Vanaq deyib.

"Bu, NATO-nun şərq cinahını necə daha yaxşı qoruya biləcəyimizə və Ukraynanın NATO-ya necə qəbul olunacağına dair planın olduğuna aydın mesaj göndərməli olan tarixi bir sammit olacaq", - Vanaq deyib.

O, həmçinin qeyd edib ki, Ukraynanın Şimali Atlantika Alyansına qoşulmazdan əvvəl təhlükəsizlik təminatları müzakirə olunur.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər