İsveç Türkiyəyə terrorçu elan etdiyi təşkilatları dəstəkləməyəcəyinə söz verib.
Teleqraf.com xəbər verir ki, NATO sammitinə uçmazdan əvvəl Ərdoğan bildirib ki, Türkiyə Ankaranın Aİ-yə üzvlüyünə maneələri aradan qaldırmaq müqabilində İsveçin alyansa qoşulmaq istəyini dəstəkləyəcək. Bundan əvvəl Türkiyə hakimiyyəti bəyan etmişdi ki, bunun üçün əsas şərt İsveçin Terrorla Mübarizə üzrə Madrid Memorandumunun öhdəliklərini yerinə yetirməsi olmalıdır.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib.