11 İyul 2023 17:56
3 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin NATO-ya üzv olması ilə bağlı dünənki gərgin danışıqlardan sonra yüksək vəzifəli bir türk rəsmisi “Röyter” agentliyinə diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan türkiyəli rəsmi bunun qarşılığında Ankaranın gözləntilərinin olduğunu bildirib.

“İsveçə NATO üçün “yaşıl işıq” yandırıldıqdan sonra Avropa Birliyinin islahat qrupunun yenidən canlandırılması planlaşdırılır. AB-dən viza azadlığı və üzvlük danışıqlarında yarımçıq qalmış fəsillərin tamamlanması kimi konkret irəliləyiş istəyirik”, - rəsmi deyib.

Mənbə Türkiyənin ABŞ və Rusiya ilə əlaqələrinə də diqqət çəkib:

“ABŞ-la da əlaqələr inkişaf edəcək. Ola bilsin ki, bütün məsələlər öz həllini tapmayacaq, amma biz onlardan bir neçəsinin çox tez yekunlaşmasını istəyirik və gözləyirik. Üstəgəl, heç vaxt Rusiya ilə münasibətlərin çətinləşəcəyi və ya pisləşəcəyi qənaətinə gəlmək olmaz”.

Türkiyə rəsmisi ölkəsinin iqtisadi problemlərinin olduğunu da söyləyib: “Qərb müəyyən resurslara olan ehtiyacı məsələsində Türkiyənin yanında olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər