12 İyul 2023 08:43
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası konqresmenlərin Türkiyəyə F-16 qırıcılarının satılmasının təsdiqi üçün şərtlər irəli sürməyəcəyinə zəmanət vermir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.

Onun sözlərinə görə, qırıcıların Türkiyəyə satışına zəmanət vermək mümkün deyil, çünki bunu konqresmenlər həll edəcək.

M.Miller qeyd edib ki, Dövlət Departamenti Türkiyəyə F-16-ların satışını dəstəkləyir, lakin ABŞ Konqresi tərəfindən təsdiq edilməli olan məqamlar var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər