12 İyul 2023 16:01
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və hökumətinin qlobal meydanda atdığı addımlar Almaniyanın gündəmindən düşmək bilmir.

Teleqraf.com xəbər verir ki, Almaniyanın “Bild” qəzeti Türkiyə liderini “Qərbin xilaskarı” adlandırıb.

Nəşr Ərdoğanın İsveçin NATO-ya gedən yolunu açdığını xatırladıb: “İndi Qərbdə bir çox insan onu mədh edir. Ərdoğan həmişəkindən daha güclüdür”.

“Bild” Türkiyə prezidentinin Qərb və Rusiya arasında balansı qoruyub saxlaya bildiyini bildirib.

“NATO-nu şantaj edir. Həm Putinlə, həm də Zelenski ilə işləyə bilir”, - təhlildə deyilir.

Alman qəzeti Türkiyə lideri ilə bağlı bu ifadələrə də yer verib:

“Anlaşma təmin edən şəxs kimi tanınır. Onsuz heç nə işləmir”.

Prezident Ərdoğanı "Qərbin xilaskarı" adlandıran “Bild” sonda qeyd edib:

“O, Qərbin yeni güclü adamıdır - Türkiyə Prezidenti Ərdoğan...”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər