12 İyul 2023 20:33
1 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO dünya demokratiyalarını diktatorlardan və onların rejimlərindən qorumalı, Rusiya isə gələcəkdə - Vladimir Putin rejimi devrildikdən sonra onun üzvü olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi, Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov deyib.

“Nəhayət, Putin NATO-ya siyasi-hərbi məna verdi - bu, bütün dünyada demokratiyanın maraqlarının diktatorlardan, diktaturalardan və totalitar rejimlərdən qorunmasıdır”, - siyasətçi bildirib.

Qudkovun fikrincə, gələcəyin demokratik Rusiyası belə bir alyansın üzvü ola bilər:

“Hesab edirəm ki, NATO BMT-də olmayan funksiyanı öz üzərinə götürməlidir - demokratiyanın əzələsi və gücü olmalıdır. Məncə, NATO demokratiyaları qorumalı, dünyanı orta əsrlərə, müharibələrə sövq etməklə, sivilizasiyanı məhv etməklə hədələyən diktatorlara qarşı duran bir ittifaq olmalıdır. NATO-ya təkcə Ukrayna yox, gələcəkdə - demokratiyanın, azadlığın olacağı Rusiya da üzv olmalıdır.

Ümumiyyətlə, diktaturaya qarşı mübarizə aparan bütün demokratik ölkələr bəzi hərbi ittifaqların, beynəlxalq təhlükəsizlik strukturlarının üzvü olmalıdırlar ki, bu qurumlar nəinki dərin narahatlıq ifadə edəcək, həm də gücə və əzələyə malik olacaq. BMT niyə planetdə müharibələrin qarşısını almaq vəzifəsini yerinə yetirə bilmir? Yaxşı dilləri var, amma əzələləri yoxdur. Yəni əzələləri olmayan belə bir başdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər