13 İyul 2023 10:37
2 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Litva sammiti Rusiyanın Ukraynaya qarşı müharibəyə başladıqdan sonra ilkin məqsədlərindən nə qədər uzaqlaşdığını göstərdi.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Söhbət NATO-nun genişlənməsinin qarşısını almaqdan və alyansın sərhədlərinin Rusiyadan uzaqlaşmasından gedir. Bu, Kremlin müharibədən əvvəl bəyan etdiyi məqsədlərindən biri idi və savaş boyu bu məqsədini dəfələrlə təkrarlayıb.

Amerikalı təhlilçilərin fikrincə, NATO sammitində baş verənlərlə bağlı Rusiyanın informasiya məkanında rezonansın olmaması, Finlandiyanın alyansa daxil olması və Türkiyənin İsveçə “yaşıl işıq” yandırması Kremlin reallıqla barışdığını göstərir. ISW Rusiya mənbələrinin alyansın sammiti ilə bağlı qeyri-obyektivliyini və səssizliyini “Kremlin öz məqsədləri uğrunda mübarizədə məğlubiyyəti” adlandırıb.

Analitiklər deyirlər ki, Rusiyanın müharibədən əvvəl bu yöndəki bəyanatları və mövqeyi daha güclü idi, NATO-nun son sammiti fonunda isə zəif göründü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər