13 İyul 2023 20:26
2 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pekinin Rusiyanın Ukraynaya təcavüzünü üstüörtülü dəstəkləməsi Qərbi Çinə qonşu dövlətlərlə əlaqələrini gücləndirməyə vadar edir. Çinin “rusiyapərəst neytrallığı” özünə zərər verir”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Newsweek” nəşri yazır.

“Çin uzun müddətdir NATO-nun Hind-Sakit okean regionunda fəaliyyətinə qarşı çıxır. Görünən budur ki, Çinin Moskvanın Ukraynaya müdaxiləsinə səssiz dəstəyi NATO-nun bu regiona artan marağını stimullaşdırır”, - nəşr qeyd edir.

Qəzet onu da bildirir ki, Rusiyanın Ukraynaya təcavüzünə Çinin hərbi yardımı ilə bağlı birbaşa sübut hələlik yoxdur. Bununla belə, Pekin Kremllə iqtisadi-siyasi əlaqələri dərinləşdirir və işğalı qınamaqdan yayınır.

Qərb paytaxtları getdikcə daha çox narahat olurlar ki, Pekinə İkinci Dünya müharibəsindən sonra yaranmış və o vaxtdan bəri transatlantik blok tərəfindən qorunan qaydalara əsaslanan beynəlxalq nizamın saxlanılmasında legitim tərəfdaş kimi etibar edilə bilməz.

ABŞ Prezidenti Co Bayden deyib ki, NATO Atlantik və Sakit okean demokratiyaları arasında əlaqələri dərinləşdirməyə çalışır. Onun sözlərinə görə, belə prinsiplərə naviqasiya və uçuş azadlığı, hər bir ölkə üçün ümumi dənizləri və səmaları açıq saxlamaq daxildir. “Newsweek” qeyd edir ki, bütün bu prinsiplər Pekinlə münasibətlərdə daimi gərginlik olan sahələrdir.

Dörd Hind-Sakit okean ölkəsinin - Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın liderləri bu həftə Vilnüsdə NATO sammitində iştirak ediblər və alyansın baş katibi Yens Stoltenberqlə bir sıra ikitərəfli danışıqlar və müzakirələr aparıblar. Bu, Pekini məyus edib.

“Rusiyanın Ukraynadakı hərbi səyləri yalnız Çinin Rusiyaya dəstəyini davam etdirəcəyi təqdirdə davamlı olacaq. NATO Çinin alyansın maraqlarına uyğun davranışını izləməkdə və lazım gələrsə, nəzarətdə saxlamaqda maraqlıdır”, - məqalədə deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər