17 İyul 2023 16:20
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Rusiyaya qarşı 14 yeni sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, sanksiyaya məruz qalanlar arasında Rusiyanın bir sıra dövlət rəsmiləri də var.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar maarif naziri Sergey Kravtsov, mədəniyyət naziri Olqa Lyubimova, Kamçatka və Adıqey vilayətlərinin qubernatorları, jurnalist Anton Krasovski sanksiyalar siyahısına əlavə olunub. Bu şəxslərin Böyük Britaniyadakı əmlakları və bank hesabları dondurulacaq, Krallıq ərazisinə daxil olmaları qadağan ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər