ABŞ-ın maliyyə naziri Canet Yellenin iyulun əvvəlində Pekinə səfəri hələ də ciddi müzakirə mövzusudur.
Teleqraf.com xəbər verir ki, Yellenin Çinə səfəri zamanı Çin baş nazirinin müavininin qarşısında üç dəfə əyilməsi ABŞ mətbuatında müzakirələrə səbəb olub.
Nazirin görüşdən üç gecə əvvəl axşam yeməyi üçün dörd porsiya halüsinogen göbələk sifariş etdiyi iddia edilir.
Məlumatlara görə, bu göbələklər əsnəməyə, konsentrasiyanın pozulmasına, ürək döyüntüsünün sürətlənməsinə, görmə və eşitmə halüsinasiyalara/delusinasiyalara səbəb olur.