Türkiyənin Zonquldak vilayətindəki kömür mədənində uçqun baş verib.
Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, 1992-ci ildə bu vilayətdə Türkiyə tarixində ən iri mədən qəzası baş vermişdi. Qəza zamanı 263 nəfər ölmüşdü.