Rus işğalçıları Limano-Kupyansk istiqamətində və Svatovo vilayətində hücuma keçməyə cəhd edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun spikeri Sergey Çerevatin məlumat verib.
Onun sözlərinə görə, həmin ərazidə işğalçıların kifayət qədər güclü dəstəsi var, onlar vaxtaşırı manevr edirlər, lakin ilk növbədə müdafiə qüvvələrinin verdiyi böyük itkilər səbəbindən bölmələrini rotasiya etməli olurlar.
“Bu gün ərzində 13 toqquşma baş verib, düşmən tərəfindən müxtəlif çaplı və tipli artilleriya qurğularından 564 dəfə mövqelərimizə zərbələr endirilib, 10 hava reydi keçirilib. Düşmənin hücumlarının dəf edilməsi zamanı 63 işğalçı məhv edilib, 131 nəfər yaralanıb" - deyə o bildirib.