10 Yanvar 2015 02:21
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam Fransa prezidenti Fransua Ollanda zəng edib və Parisdəki terror olayında insan itkisi ilə əlaqədar başsağlığı verib.


Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Ərdoğan Türkiyənin Fransa ilə həmrəy olduğunu ifadə edib və terrorizmlə mübarizə məsələsində hər cür əməkdaşlığa açıq olduğunu vurğulayıb.

Bu cür hücumların qarşısını almaq üçün terrorizmlə mübarizənin gücləndirilməsinin lazım olduğunu diqqətə çəkən Ərdoğanın Parisdəki terror hücumda həyatlarını itirənlərin ailələri və yaxınları başda olmaqla Fransa xalqına başsağlığı diləyib.

Fransa prezidenti Olland isə Ərdoğana təşəkkür edərək, "Türkiyənin yanımızda olduğunu bilirik" deyib.

Terrorçuların İslam amilindən yararlanıb Fransada ictimai asayişi pozmağı hədəflədiklərini önə çəkən Ollana bu oyuna getməyəcəklərini, terrorla mübarizədə əməkdaşlığı gücləndirmək mövzusunda Türkiyə ilə həmfikir olduqlarını söyləyib.

Nihad


Müəllif: