27 İyul 2023 00:58
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Senatı 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Teleqraf.com xəbər verir ki, parlamentin qərarında deyilir: “Ukrayna xalqına qarşı Qolodomor və Sovet cinayətlərinin yad edilməsi bu gün Rusiyanın işğalı və Ukraynanın milli kimliyini silmək üçün yeni cəhd fonunda daha da böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, bu günə qədər Qolodomoru dünyanın otuzadək ölkəsinin parlamentləri, eləcə də Avropa Parlamenti Ukrayna xalqının soyqırımı kimi tanıyıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər