Türkiyənin İstanbul şəhərində keçirilən IDEF-2023 müdafiə sənayesi sərgisində maraqlı anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin rəhbəri Səlcuq Bayraqdar onu tanımayan rəsmi şəxslə ingiliscə danışıb.
Stendlərə gəzərək müzakirələr aparan Bayraqdar onu tanımayan rəsmiyə ingiliscə "I am Selçuk Bayraktar" deyə müraciət edib. Bu dialoq sərgiyə qatılan iştirakçıların diqqətini çəkib.
Bayraqdar bütün sərgi iştirakçılarını TEKNOFEST-ə dəvət edib.