29 İyul 2023 10:09
1 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan BMT Baş Assambleyasının sentyabrın 12-də Nyu-Yorkda açılacaq 78-ci sessiyasında Ümumdünya Türk Dilləri Gününün təsis edilməsini təklif edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredov Türkmənistan hökumətinin iclasında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

Türkmənistan BMT Baş Assambleyasında bir sıra qətnamələrin qəbul edilməsinin təşəbbüskarıdır.

Aşqabadın təşəbbüsü ilə BMT tərəfindən Ümumdünya Velosiped Günü, Ümumdünya Dayanıqlı Nəqliyyat Günü təsis olunub.


Müəllif: Mahir

Oxşar xəbərlər