Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş barədə razılaşıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Putin məlumat yayıb.
O bildirib ki, görüş Türkiyədəki seçkiöncəsi baş tutması planlaşdırılsa da, sonradan məqsədəuyğun hesab edilməyib:
“Razılaşdıq ki, görüşəcəyik, ya o bizə gələcək, ya da mən onun yanına gedəcəyəm – baxacağıq. Biz görüşümüzü başqa vaxta təyin etmək qərarına gəldik, lakin biz bunun harada, yəni ya bizdə, ya da Türkiyədə olacağını hələ aydınlaşdırmamışıq”, - Putin deyib.
”.