30 İyul 2023 08:33
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeş Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, Kral VI Məhəmməd əfv səlahiyyətindən 2052 nəfər üçün istifadə edib.

Teleqraf.com xəbər verir ki, qərara əsasən, 1769 məhkumdan 1632 nəfərin cəzası yüngülləşdirilib, 133 nəfərin cəzasının qalan hissəsi əfv edilib.

Bir məhbusun edam cəzası ömürlük, 3 məhbusun ömürlük cəzası isə müddətli həbs cəzası ilə əvəz edilib.

Əfv qərarından mühakimə olunan 283 nəfər də yararlanıb.

Qeyd edək ki, Mərakeş Konstitusiyasının 58-ci maddəsi Krala əfv səlahiyyəti verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər