ABŞ-ın Nyu-York şəhərindəki Con Kennedi Beynəlxalq Hava Limanında Quran oxunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 2014-cü ilin qəzasız keçdiyi və 2015-ci ili də belə başa vurmaq üçün keçirilən dini mərasimdə çıxış edən türk imam Əhməd Yücetürk Qurani-Kərimdən ayələr oxuyub.
Bununla bağlı aeroportun baş direktoru Maykl Morin açıqlama verib. Onun sözlərinə görə, mərasimdə limanın 150 işçisi, o cümlədən aeroportdakı katolik, pravoslav, yəhudi və müsəlman ibadətgahlarını təmsil edən dörd din xadimi iştirak edib.
Samir