1 Avqust 2023 07:59
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiya minalardan təmizləmə işləri üçün Ukraynaya 1 milyon avro ayırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.

“Xorvatiya Ukraynada humanitar məqsədlə - minatəmizləmə üçün 1 milyon avro ayırıb", - deyə nazir bildirib.

Xatırladaq ki, iyulun 25-də Sviridenko bildirib ki, Qərb minalardan təmizləmə işləri aparmaq üçün Ukraynaya 240 milyon dollardan çox vəsait verəcək. Həmin gün ABŞ-nin dövlət katibi Entoni Blinken Ukraynaya 400 milyon dollar məbləğində hərbi yardımın ötürüldüyünü elan edib.
Məlumata görə, yeni paketə təkcə silahlar deyil, həm də minalardan təmizləmə avadanlıqları daxil ola bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər