Avqustun 3-nə keçən gecə ruslar “Şahed-136/131” PUA-ları ilə şimal istiqamətindən - Bryansk vilayətindən Ukrayna ərazisinə hücum ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
"Ümumilikdə 15 "Şahed" qeydə alınıb. Düşmənin bütün PUA-ları məhv edilib", - Hərbi Hava Qüvvələrindən bildirilib.
Ötən gün ərzində Hərbi Hava Qüvvələrinin aviasiyası düşmənin hədəflərinə, şəxsi heyətin cəmləşdiyi ərazilərə, silah və hərbi texnikaya 25-ə qədər zərbə endirib.