3 Avqust 2023 21:39
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə Nazirliyi Rusiya Elmlər Akademiyasının (REA) iki institutu və bir elmi mərkəzinə sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, “qara siyahı”ya Rusiya Elmlər Akademiyasının A.M.Proxorov adına Ümumi Fizika İnstitutu, Kazan Elmi Mərkəzi və Bərk Cisimlər Fizikası İnstitutu düşüb.

Eyni zamanda Rusiyanın iki konteyner gəmisi - "Sasco Angara" və "Paramuşir" də sanksiyalara məruz qalıb. Nazirlik onların Saxalin Gəmiçilik Şirkəti (SASCO) ilə əlaqəli olduğunu iddia edir.

Bundan əlavə, rusiyalı iş adamı Sergey Adoniyevə məxsus və Malta bayrağı altında üzən "Addiction" yaxtası "qara siyahı"dan çıxarılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər