4 Avqust 2023 08:16
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və ABŞ Kiyevə təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı danışıqlara başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti aparatının rəhbəri Andrey Yermak məlumat verib.

O, teleqram kanalında yazıb: "Ukrayna ABŞ-la təhlükəsizlik zəmanətlərinin verilməsinə dair ikitərəfli saziş üzrə danışıqlara başlayıb. Bu, NATO-da razılaşdırılmış Ukraynaya dəstək haqqında birgə bəyannamədə nəzərdə tutulub. Vilnüs sammiti müvafiq ikitərəfli sazişlərin hazırlanması üçün əsasdır".
A.Yermak qeyd edib ki, ABŞ Ukraynanın bu prosesə başladığı ilk ölkə olub və bu, digər tərəfdaşlar üçün də model yaradacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər