Ukrayna qoşunları ötən sutka ərzində Baxmut, Avdiv, Marin və Şaxtyor istiqamətlərində Rusiyanın hücum cəhdlərini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Gün ərzində cəbhənin bu istiqamətlərində 40-a yaxın toqquşma baş verib.
Ukrayna ordusu Baxmutda İvanivskidən cənub və cənub-şərq istiqamətində rusları geri çəkilməyə məcbur edib.
Rusiya qüvvələri Avdiv istiqamətində şimal və cənub-şərqə, Pervomayskın cənub-şərqinə, Şaxtyorda isə Staromayorskin qərbinə və Urojaninin şərqinə doğru irəliləməyə cəhd göstərib. Amma bu səyləri nəticəsiz bitib.
Eyni zamanda, Ukrayna müdafiə qüvvələri Marin şəhəri ərazisində rus qoşunlarının irəliləməsinin qarşısını alıb.
Baş Qərargahın məlumatına görə, ruslar Zaporoje istiqamətində əsas səylərini Ukrayna ordusunun irəliləməsinin qarşısını almağa yönəldib. Rusiya bu yöndə hücum əməliyyatlarını dayandıraraq, müdafiə mövqeyinə çəkilib.