4 Avqust 2023 13:58
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Gürcüstan arasında həm uçuşlar, həm də ticari-iqtisadi əlaqələrin komponentləri mövcud sanksiya rejimini pozmamasına baxmayaraq, Qərb ölkələri açıq şəkildə Tiflisə təzyiq göstərir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

Rusiyalı diplomat Gürcüstanla birbaşa uçuşların bərpasını və bu ölkənin vətəndaşları üçün vizasız rejimin tətbiqini gürcü və rus xalqları arasında təmasların asanlaşdırılması, eləcə də Moskva ilə Tiflis arasında humanitar-iqtisadi əlaqələrin inkişaf etdirilməsi zərurəti ilə əsaslandırıb.

Qonçar söyləyib ki, Moskva gələcəkdə bu motivləri rəhbər tutacaq.

Eyni zamanda, rusiyalı diplomat qeyd edib ki, hava əlaqəsinin bərpasına baxmayaraq, Abxaziya və Cənubi Osetiyanın “suverenliyi” bir sıra dövlətlər tərəfindən tanınır və buna yenidən baxılmır.

Onun sözlərinə görə, Rusiya Abxaziya və Cənubi Osetiyanın “qardaş xalqlar”ı ilə uzunmüddətli müttəfiqlik münasibətləri qurmağı hədəfləyir. Qonçar Moskvanın onlarla uzun tarixi əlaqələrinin olduğunu və Rusiyanın mövqeyinin konyukturaya tabe olmadığını vurğulayıb.

Rusiya rəsmisi həmçinin əlavə edib ki, Moskva “bu iki respublikanın müstəqilliyinin tanınması”nın 15 illiyinə ciddi hazırlaşır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər