4 Avqust 2023 22:24
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları malyariya xəstəliyinin ağcaqanadlardan insanlara keçməsini dayandırmağa kömək edən təbii yolla yaranan bakteriya növü aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, kəşf təcrübə zamanı ağcaqanad sürfəsinin malyariya paraziti inkişaf etdirmədiyi aşkar edildikdə, təsadüfən baş verib.

Tədqiqatçılar bu bakteriyanın dünyanın ən qədim xəstəliklərindən biri olan, hər il təxminən 600 000 insanın ölümünə səbəb olan malyariya ilə mübarizədə yeni vasitələrdən biri ola biləcəyini deyirlər.

Elm adamları hazırda bu bakteriyadan real şəraitdə istifadə etməyin təhlükəsiz olub-olmadığını araşdırırlar.

İspaniyanın GSK əczaçılıq şirkətində çalışan elm adamları tədqiqat zamanı ağcaqanad sürfəsinin malyariya xəstəliyinin ötürülməsini dayandırdığını üzə çıxarıblar.

Araşdırmaya rəhbərlik edən Cennet Rodrigez deyib: “Ağcaqanadlarda yoluxma nisbəti azalmağa başladı, ilin sonuna doğru ağcaqanadlar artıq malyariya paraziti ilə yoluxmadılar”.

Tədqiqat qrupu 2014-cü il təcrübəsinin nümunələrini donduraraq, nə baş verdiyini anlamaq üçün iki il sonra onları yenidən tədqiq etməyə başlayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, ətraf mühitdə təbii olaraq tapılan TC1 adlı xüsusi bakteriya növü ağcaqanadların bağırsaqlarında malyariya parazitinin inkişafının qarşısını alır.

“Bu bakteriya ağcaqanadın bağırsaqlarına yerləşdikdən sonra ömrünün sonuna qədər qalır. Biz kəşf etdik ki, ağcaqanadlarda ötürülməni azaldan məhz bu bakteriyadır”, - Rodrigez bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər