4 Avqust 2023 21:09
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsində itkin düşmüş hesab edilən insanların axtarışlarına və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına ordu qüvvələri də cəlb olunublar".

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, bölgədə çox çətin vəziyyət yaranıb: "Güclü palçıq kütləsi ciddi problemlər yaradıb. Belə bir vəziyyətdə ordunun köməyindən istifadə etmək vacibdir".

Qeyd edək ki, Gürcüstanın qərbində Şovi kurort bölgəsində avqustun 3-ü günorta saatlarında torpaq sürüşməsi baş verib. Hadisə zamanı körpülər uçub və yollara ziyan dəyib. Hadisə nəticəsində həlak olan 11 nəfərin cəsədi aşkarlanıb. 25 nəfərin axtarışları davam edir. 200-dən çox insan helikopterlə ərazidən təxliyə edilib.


Müəllif: Teleqraf.com