2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduroya qarşı sui-qəsd təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Venesuela prezidentinin özü məlumat verib.
“Bu gün imperializm və onun əlaltılarının öz sərhədlərini keçərək məni öldürmək və bununla da inqilabı sındırmaq istəməsindən beş il ötür. Onlar bolivar xalqının qüdrətini məğlub edə bilmədilər və heç vaxt da bacarmayacaqlar”, - Maduro Tramp tərəfindən təşkil olunduğunu söylədiyi sui-qəsd cəhdlərini şərh edərkən deyib.
Venesuela lideri bildirib ki, ABŞ prezidenti, Ağ Ev və hökumət 2018-ci ildə Kolumbiyanın keçmiş prezidenti Xuan Manuel Santosa açıq şəkildə terror qruplaşmasının təlimlərini maliyyələşdirməyi əmr edib.
2018-ci ildə Nikolas Maduronun olduğu yerin yaxınlığında dron partlayıb. Bu, onun Karakasda çıxışı zamanı baş verib. Olay zamanı xəsarət alan olmayıb.
Mador o zaman demişdi ki, sui-qəsd cəhdində Venesuela və Kolumbiyanın radikal sağçı qüvvələri iştirak edib. O həmçinin iddia etmişdi ki, bütün əməliyyat ABŞ tərəfindən maliyyələşdirilib.