Nigeriyanın şimali-şərqindəki Maiduguri şəhərində 10 yaşındakı qız üzərindəki bombanı partladıb.
Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayış əhalinin sıx olduğu bir yerdə - bazarda törədilib.
Hadisə nəticəsində 19 nəfər ölüb, daha 18-i yaralanıb.
Partlayışa görə hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Ancaq hadisənin arxasında “Boko Haram” qruplaşmasının olduğu təxmin edilir. Belə ki, təşkilat son vaxtlar ölkədə həyata keçirdiyi terror hücumlarında tez-tez qadınlar və uşaqlardan istifadə edir.