“Vaqner” qruplaşmasının yaraqlıları Avropa İttifaqı ölkələrində, xüsusən də Polşada təxribatlar törədə bilərlər.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş əməkdaşı İvan Stupak deyib.
“Heç bir ssenarini istisna etmirik. Sevinirəm ki, polyaklar buna ciddi yanaşırlar və sərhəddə müdafiəni gücləndirirlər. Onlar (“vaqnerçilər”) çox peşəkardırlar, Suriya, Liviya və MAR-da geniş döyüş təcrübəsinə malikdirlər”, - Stupak bildirib.
Onun sözlərinə görə, “Vaqner” muzdluları aşağıdakı təxribatları təşkil edə bilərlər:
“Polşa sərhədçilərini qaçırmaq və ya onlarla qarşıdurmaya girmək;
Ölkənin dərinlərinə enmək və təxribatlar törətmək;
Suriya və Liviyadan olan qaçqınlarla miqrasiya böhranını gücləndirmək”.