Əfqanıstandakı Taliban rejimi qız uşaqları ilə bağlı yeni qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, Qəznə əyalətində 10 yaşından yuxarı qızların orta məktəblərə getmələri qadağan edilib.
Əfqanıstan Təhsil Nazirliyi məhdudiyyət barədə məktəb direktorlarına məlumat verib. Məktubda bildirilir ki, 10 yaşından yuxarı heç bir qızın məktəblərdə oxumasına icazə verilmir.
Taliban direktorlara üçüncü sinifdən yuxarı qızları evlərinə göndərməyi tapşırıb.