9 Avqust 2023 14:15
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq hökumətinin sosial media platforması “Telegram”ı bağlamaq qərarından sonra ölkədə müzakirələr davam edir.

Teleqraf.com xəbər verir ki, İraqın Rabitə Nazirliyi qərarın yüksək səviyyəli hökumət rəsmilərinin tələbi ilə qəbul edildiyini bildirib.

Qərarın səbəbi dövlətə məxsus şəxsi sənədlərin sızmasının qarşısının alınması və vətəndaşların özəl məlumatlarının qorunması kimi izah edilib.

Ölkədə “Telegram”dan fəal şəkildə istifadə edən və bu kanallarda tez-tez ABŞ səfirliyi əleyhinə məzmunlar yayımlayan İranın dəstəklədiyi şiə silahlıları bu addıma sərt reaksiya verir.

Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrə yaxın iki “Telegram” hesabının bağlanması da diqqət çəkib. Sözügedən kanallar vasitəsilə Quranın yandırılmasına qarşı İsveç və Danimarka səfirliklərinə etiraz çağırışları edilib.

Keçmiş baş nazir Nuri əl-Maliki də “Telegram”ın bağlanmasını tənqid edib: “İraq mətbuat və ifadə azadlığına inanan demokratik bir ölkədir. Ancaq bu, siyasi bir hüquq olsa da, mütləq bir haqq deyil. Milli təhlükəsizlik səbəbiylə sosial media platformalarının bağlanmasında, hökuməti və dövləti müdafiə edən kanallarla, nifrət və zorakılığı təbliğ edən kanallar ayrı tutulmalıdır”.

Ölkədəki “Telegram” istifadəçilərinin “WhatsApp” və “Viber” kimi platformalara üz tutduğu da bildirilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər