10 Avqust 2023 11:13
2 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın əsrlərlə Afrikanın 20 ölkəsində qurduğu müstəmləkəçi hökmranlıq düzəni bir-bir məhv edilir. Bunun ən son nümunəsi Burkina Fasodur.

Teleqraf.com xəbər verir ki, Burkina Faso Fransa üçün “kapitulyasiya” adlandırıla biləcək vergi güzəştlərini qaldırır.

Burkina Faso Xarici İşlər Nazirliyinin rəsmi Parisə göndərdiyi notada Fransa şirkətləri və vətəndaşlarının xeyrinə tətbiq edilən İkiqat Vergitutma Sazişinə xitam verildiyi bildirilib.

Xitam qərarı üç ay ərzində qüvvəyə minəcək.

Saziş 1965-ci ildə Fransa və Burkina Faso arasında imzalanmış, 1967, 1971 və 1974-cü illərdə müqaviləyə müxtəlif düzəlişlər edilmişdi.

Müqavilə çərçivəsində Fransa şirkətləri və vətəndaşları Burkina Fasodakı gəlirlərinin vergisini Fransaya ödəyirdilər və Burkina Fasoda bir çox vergi maddələrindən azad edilmişdilər.

Müqavilə Burkina Fasoda fəaliyyət göstərən fransız transmilli şirkətlərinə böyük üstünlüklər verirdi.

Sazişin ləğvi ilə fransızlar Burkina Fasoda əldə etdikləri gəlirlərin vergisini bu ölkəyə ödəyəcəklər.

Burkina Faso 2020-2021-ci illərdə müqaviləni yenidən müzakirə etmək istəsə də, Fransa bu tələbə cavab verməmişdi.

Anlaşmaya görə Burkina Fasonun uzun illər ərzində ciddi gəlir itkisi yaşadığı və müqavilənin ləğvi ilə əhəmiyyətli həcmdə vergi gəliri əldə edəcəyi bildirilir.

Bir neçə gün əvvəl Fransa Nigerdəki çevrilişə dəstək verən Burkina Fasoya inkişaf yardımı və büdcə dəstəyini dayandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər