Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə avqustun 20-də Budapeştə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, görüşdə təhlükəsizlik və iqtisadi məsələlər müzakirə olunacaq.
Məlumata görə, tərəflər ilin sonunda Budapeştdə keçiriləcək Macarıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasını hazırlamağı planlaşdırır.
Qeyd edək ki, Türkiyə Prezidenti sonuncu dəfə 2019-cu ilin noyabrında Budapeştə rəsmi səfər edib.