12 Yanvar 2015 01:02
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə keçirilən antiterror yürüşünə qatılan Ukrayna prezidenti Pyotr Poroşenko Fransa və Almaniya liderləri ilə üçtərəfli görüş keçirib.

Teleqraf.com-un məlumatına görə, Poroşenko Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Anqela Merkellə Astanada keçiriləcək gələcək sammiti müzakirə edib.

Səfəri əsnasında o, Avropa Birliyi ölkələrinin liderləri ilə də görüşüb.

Keçirilən görüşlərdə Ukraynadakı vəziyyət və Rusiya yönümlü separatçılarla birgə imzalanmış Minsk anlaşmasına riayət olunması məsələləri başlıca müzakirə mövzusu olub.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər