13 Avqust 2023 08:11
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu iki cəbhədə əks-hücum əməliyyatında taktiki cəhətdən əhəmiyyətli irəliləyiş əldə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Nəşrdə yayımlanan məqalədə qeyd olunur ki, irəliləmə 16-19 km təşkil edir. Söhbət Müdafiə Qüvvələrinin cənubda - Staromayorskoye vasitəsilə işğal altındakı Berdyanska, eləcə də işğal olunmuş Melitopol istiqamətində əks-hücumundan gedir.

Məqalədə deyilir ki, bu irəliləyiş taktiki cəhətdən vacibdir, beləki, Rusiyanın müdafiə xətlərini daha da zəiflədəcəyi və potensial həlledici ola biləcək Ukraynanın istənilən sıçrayışı üçün imkanlar yarada biləcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər