Polşa Belarusla sərhəd bölgəsinə ABŞ helikopterləri ilə nəzarət edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib.
Onun sözlərinə görə, Varşava ABŞ Konqresinin qərarını gözləyir. Qanunverici orqan gələn həftə Polşanın Abrams tankları və helikopterlərlə bağlı müraciətini təsdiq etməlidir. Blaşak iddia edir ki, bu tanklar və helikopterlər Belarusla keçilməz bir sədd təşkil edəcək.
O, həmçinin əlavə edib ki, Cənubi Koreyanın K2 tankları, FA-50 döyüş təyyarələri və HIMARS artilleriya sistemləri artıq sərhədin bu hissəsində yerləşdirilib.