Qara dənizin nəqliyyat və gəmiçilik dəhlizlərinə beynəlxalq zəmanət verilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığının sözçüsü Natalya Humenyuk deyib.
“BMT və NATO-nun güclü oyunçusu və Qara dəniz ölkəsi kimi Türkiyənin təminatları taxıl dəhlizinin tam işləməsi üçün kifayətdir”, - sözçü bildirib.
Humenyukun sözlərinə görə, bu durumda Ukrayna müdafiə qüvvələri buğda daşıyan gəmilərin təhlükəsizliyini təmin edə bilir.
O qeyd edib ki, Rusiya Krım boyunca sahillərə, eləcə də hərbi gəmiləri vasitəsilə sualtı vəziyyətə nəzarət etməyə çalışır.