16 Avqust 2023 22:13
2 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Berdyan Ukrayna ordusunun davam edən hücum əməliyyatları baxımından ən perspektivli istiqamətlərdən biri olaraq qalır”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musiyenko deyib.

Ekspert Urojanı qəsəbəsinin azad edilməsindən sonra cəbhədə vəziyyətin sürətlə dəyişə biləcəyini söyləyib: “Bunu bir sıra yaşayış məntəqəslərinin azad edilməsi və düşmənin ağır itkiləri də təsdiqləyir. Berdyanda irəliləyiş perspektivi var”.

Musiyenko qeyd edib ki, Urojanıda Rusiya ordusuna ağır zərbə endirilib:

“Geri çəkildilər, qaçmağı bacaranlar qaçdılar, amma indi Staromlynivkada güclü şəkildə yerləşiblər, hələ də ciddi müqavimət göstərməyə hazır olan qüvvələr var. Bizi şiddətli döyüşlər gözləyə bilər”.

Onun sözlərinə görə, bu istiqamətdə Ukrayna ordusunun qarşısında böyük müdafiə xətti var:

“Starominivkada yüksəkliklər mövcuddur, onların üzərində artilleriya yerləşdirilib. Eyni zamanda, Starominivkanın önündə yaşayış məntəqəsi – Zavitne Bajan var”.

Musiyenko bildirib ki, Urojanı Ukrayna qoşunlarının bu istiqamətdə keçdiyi ilk xətdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər