22 Avqust 2023 11:30
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Blumberq”in iddiasına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu vəzifələrindən uzaqlaşdırması üçün Prezident Vladimir Putinə təzyiq edir.

Teleqraf.com xəbər verir ki, ukraynalı politoloq İvan Stupak Putinin bunu heç vaxt etməyəcəyini deyib.

Ekspert bunun bir neçə səbəbinin olduğunu iddia edib:

“Putinin iş rejimi belədir: ona nə qədər çox təzyiq və ya kimisə vəzifədən uzaqlaşdırması tələb edilirsə, onun bunu etmə ehtimalı bir o qədər az olur”.

Stupakın sözlərinə görə, Putin sərt təzyiqləri sevmir, ona görə də Şoyqu və Gerasimovu azad etmək tələb edilsə, buna getməyəcək.

Bundan əlavə, ekspertin fikrincə, Rusiya liderinin bunu etməməsinin başqa səbəbi boşalacaq yer üçün daha etibarlı adam tapa bilməməsi ilə bağlıdır. Stupak qeyd edib ki, Şoyqu Putinin köhnə, sübut edilmiş müttəfiqidir, üstəgəl, hazırkı müdafiə nazirinin siyasi ambisiyaları yoxdur.

Onun sözlərinə görə, siyasi mübarizədən kənarda duran Şoyqu sakit oturub pulunu qazanır, rus ordusunun büdcəsini talayır:

“Şoyqunun yerinə gənc, iddialı və perspektivli general təyin olunarsa, o, nə vaxtsa Putinin postunu tutmaqda maraqlı olacaq. Putinin beynində müxtəlif fantaziyalar var, görə də yeni birini təyin etməkdən qorxur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər