ABŞ Ədliyyə Nazirliyi milyarder İlon Maskın “SpaceX” şirkətini məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, buna səbəb şirkətin qaçqınların işə götürülməsində yaratdığı diskriminasiyadır.
İddia edilir ki, 2018-ci ilin sentyabrından 2022-ci ilin may ayına qədər “SpaceX” mütəmadi olaraq sığınacaq almış şəxsləri işə götürməkdən imtina edib.
Bildirilib ki, bu, immiqrasiya və vətəndaşlıq haqqında qanunun pozulmasıdır.