12 Yanvar 2015 19:59
2 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada "dərin böhran" halında əhaliyə tətbiq olunan vergilər qaldıra bilər.

Teleqraf.com-un məlumatına görə, rəsmi Moskva vergi siyasətinin sərtləşdirilməsini iqtisadi böhran şəraitində tətbiqi vacib olan mühüm zəruri tədbirlərdən biri kimi qiymətləndirir.

Lakin belə bir addımın nə vaxt atılacağı Rusiya hakimiyyəti tərəfindən tam dəqiqləşdirilməyib. Prezident Administrasiyasının mətbuat xidməti hələ ki, ancaq müvafiq informasiyaları təkzib etməklə kifayətlənib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl oliqarxlarla görüşündə yaxın dörd il ərzində vergilərin artırılmayacağını bildirmişdi.

Yaranmış böhranın dərinləşməsi şəraitində Kremlin belə bir riskli addım atması qətiyyən istisna deyil. Yerli ekspertlər kəskin böhran şəraitində vergilərin müəyyən sahələrdə dəfələrlə artırılmasının qaçılmaz olduğunu bildiriblər.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər