Rusiya hərbi müxbirləri həyəcan təbili çalır, qüvvələrinin müdafiə potensialı şübhə altındadır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Hesabatda bildirilib ki, Ukrayna ordusu Zaporojye vilayətinin qərbində Rabotino yaxınlığında əks-hücum əməliyyatlarını davam etdirir və uğurla irəliləyir.
Baş Qərargah da Ukrayna qüvvələrinin Rabotino bölgəsindəki uğurunu təsdiqləyib. Ukrayna ordusunun Novodanilivka - Novopokrovka (Orexovdan 5-13 km cənub) və Malaya Tokmaçka - Oçeretovatoe (Orexovdan 9-25 km cənub-şərq) istiqamətlərində uğur qazandığını açıqlanıb.