Qatı ermənipərəst mövqeyi ilə seçilən ABŞ senatoru Bob Menendesin erməniəsilli arvadı 400 min dollar dəyərində qızıl külçələri nağdlaşdırıb.
Teleqraf.com xəbər verir ki, şübhəli maliyyə əməliyyatının təfərrüatlarını
Nəşr vurğulayıb ki, bu, Menendesin ofisinin Nyu-Cersi ştatının demokratına münasibətdə qarşıdan gələn federal araşdırma ilə bağlı açıq bəyanatı fonunda baş verib.
Məlumata görə, 56 yaşlı Nadin Arslanyan 2022-ci il aprelin 7-dən iyunun 16-dək qızıl satıb. 2020-ci ildə Menendeslə evlənməzdən öncə o, evinin girov qoyulması təhlükəsi ilə üzləşib.
Manhettenin federal prokurorları senatorun və ya onun həyat yoldaşının siyasi loyallıq müqabilində Vaşinqtonda avtomobil və mənzil də daxil olmaqla “dəbdəbəli hədiyyələr” alıb-almadığını müəyyən etmək niyyətindədir. Bu araşdırma senatorla bağlı ikinci araşdırmadır. Bundan öncə senatorun korrupsiya faktlarında iştirakı şübhəsi ilə yoxlamalar aparılıb. Bununla belə, o zaman senator sudan quru çıxmağı bacarıb və uzun sürən istintaq heç bir ittiham olmadan başa çatıb.
Senator olaraq Menendes özünün və ya arvadının 1000 dollardan çox əmlakını bəyan etməlidir.