28 Avqust 2023 10:17
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin ölümündə Prezident Vladimir Putindən daha çox maraqlı ola bilərdi.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

Rus mənbələri iddia edirlər ki, Rusiya Müdafiə Nazirliyi Priqojinin ölümündən əvvəl “Vaqner”in Yaxın Şərq və Afrikada fəaliyyətinin dayandırılması üçün tələblər irəli sürüb. Rusiya MN “Vaqner”ə birbaşa təzyiq göstərməkdən çəkinib. Amma Yaxın Şərq və Afrikanın bir sıra ölkələrinə “Vaqner”lə əlaqələrini kəsmək üçün təzyiq göstərib.

Amerikalı analitiklər hesab edirlər ki, Rusiya MN (xüsusən də müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov) “Vaqner” və onun liderinin məhvində Putindən daha çox maraqlı ola bilərdi.

ISW-nin ehtimalına görə, bu, Putinin “Vaqner”in ləğvi prosesinə cavabdeh olmadığını, amma bunun məsuliyyətini MN-a həvalə etdiyini göstərə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər