Ukrayna ordusu cənubda Rusiyanın müdafiəsini yararaq irəliləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.
Amerikalı analitiklər Ukrayna qoşunlarının Donetskin qərbində və Zaporojenin şərqində sərhəd ərazilərində, eləcə də Zaporojenin qərbində irəlilədiyini deyirlər.
Eyni zamanda, ISW-yə görə, Ukrayna qüvvələri irəliləmədən əvvəl əraziləri tədricən minalardan təmizləməlidir. ABŞ institutu bu kimi maneələrin sürətli irəliləyişə mane olduğunu vurğulayıb.