Rəsmi Kiyevlə Donbas arasında bərabərhüquqlu dialoqunun başlanması lazımdır. Siyasi proses yalnız bu zaman müvəffəqiyyətli olacaq.
Teleqraf.com-un məlumatına görə, müvafiq fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.
Lavrov qeyd edib ki, Donetsk və Luqansk xalq respublikaları danışıqlarda özlərini bərabər hüquqlara malik partnyorlar kimi hiss edəcəklərsə, onda uğurlu nəticəyə əmin olmaq olar.
Xarici işlər naziri iddia edib ki, Ukrayna tərəfi sözügedən separatçı qurumlara münasibətdə bu amili nəzərə almağa məcburdur.
Nail Cəlil