PKK-nın 2 terrorçusu Türkiyə sərhədçilərinə təslim olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Türkiyə Ordusunun qərarlı əməliyyatları nəticəsində Şimali İraqdakı sığınacaqlarından qaçan PKK-nın 2 terrorçusu Haburdakı Sərhəd məntəqəmizə təslim olub.
Terrorçuların yeganə çıxış yolu Türkiyə ədalətinə təslim olmaqdır!", - nazirliyin məlumatında deyilir.