2 Sentyabr 2023 00:28
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Pakistanın Hyber Pakhtunktva əyalətinin Bannu rayonunun Cani Khel bölgəsində hərbi konvoyun keçidi zamanı doqquz əsgərin həlak olduğu, beşinin isə yaralandığı hücumu qətiyyətlə pisləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Türkiyənin terrorla mübarizədə qardaş Pakistanın yanında olduğu qeyd olunub.

“Şəhidlərə Allahdan rəhmət, dost və qardaş Pakistan xalqına və hökumətinə, xüsusilə onların yaxınlarına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”, - bəyanatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər