Almaniyanın Drezden şəhər mərkəzində minlərlə insan Parisdə terror hücumlarından sonra “Avropada islamlaşma” əleyhinə mitinqlər keçiriblər.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, alman siyasətçilərin bir sıra çıxışlarına baxmayaraq, bu nümayiş baş tutub.
Almaniya ədliyyə naziri Heiko Maas vətəndaşlardan “Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar” (PEGIDA) hərəkatına qoşulmamağı xahiş edib.
Eyni zamanda, Almaniya kansleri Angela Merkel müsəlman icmalarının liderlərinin təşəbbüsü ilə buğun təşkil ediləcək “Açıq və tolerant Almaniya üçün” yürüşündə iştirak etməyə söz verib.
Samir